Rusiya və Ukrayna arasında qarşılıqlı hücumlar: Sülh danışıqları ərəfəsində gərginlik artır

Dünya

Rusiya-Ukrayna müharibəsində gərginlik davam edir. Noyabrın 9-da tərəflər arasında uzaqmənzilli silahlarla qarşılıqlı hücumlar qeydə alınıb.

Associated Press-in məlumatına görə, Rusiya Ukraynaya 317 dronla hücum edib, enerji infrastrukturunun bir sıra obyektləri zərər görüb. Odesa şəhərində ərzaq anbarına endirilən zərbə nəticəsində üç nəfər həlak olub.

Ukrayna qüvvələri isə Rusiyanın Leninqrad vilayətindəki KINEF neft emalı zavodunu və digər obyektləri hədəfə alıb. Hücum nəticəsində bir nəfərin öldüyü bildirilib.

Bu hadisələr ABŞ-ın vasitəçiliyi ilə Əbu-Dabidə keçirilməsi planlaşdırılan Rusiya-Ukrayna danışıqları ərəfəsində baş verib.

ABŞ Prezidenti Donald Tramp tərəflərin razılaşmaya yaxın olduğunu bildirsə də, müharibənin dayandırılması üçün əsas məsələlər hələ də müzakirə mövzusu olaraq qalır.

Danışıqlarda təhlükəsizlik təminatları, ərazilər, humanitar yardım və Ukraynanın gələcək iqtisadi bərpası kimi məsələlərin gündəmə gələcəyi gözlənilir.

MM.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir