Həyat, bəzən bizi gözlənilməz və ağır sınaqlarla qarşılaşdırır.
Belə anlarda insanın ən böyük dayağı, ümid və iradə olur. “Hər şey yaxşı olacaq” demək yalnız təsəlli deyil, həm də çətinliklərin öhdəsindən gəlmək üçün bir çağırışdır. 2024-cü ilin dekabrında baş vermiş təyyarə qəzası, hamımıza unudulmaz bir dərs oldu. Bu faciənin mərkəzində olan Hökümə Əliyeva, sərnişinlərin təhlükəsizliyi üçün göstərdiyi fədakarlıqla yaddaşlarda qalacaq.
“Hər şey yaxşı olacaq” sözləri, çətin anlarda qorxuları aradan qaldıraraq insanlara güc verdi. Təəssüf ki, Hökümə Əliyeva bu qəzanın qurbanı oldu və artıq bir aydır ki, aramızda yoxdur. Hökümə Əliyevanın həyatı, bizə fədakarlığın, cəsarətin və ümidin gücünü öyrədir. O, sadəcə bir qəhrəman kimi deyil, həm də insanlara ilham verən bir şəxsiyyət kimi yadda qalacaq. Onun fədakarlığı və insanlara verdiyi ümid, xalqımız üçün böyük bir qürur mənbəyidir və bu xatirə illər boyu yaşayacaq.
Hökümə Əliyevanın ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, bu ağır itkini bütün ürəyimizlə paylaşırıq. Allah rəhmət eləsin. Onun adı hər zaman hörmət və minnətdarlıqla anılacaq. “Hər şey yaxşı olacaq” fikrini, yalnız təsəlli kimi deyil, həyatı daha möhkəm yaşamaq üçün bir həyat fəlsəfəsi kimi qəbul edək. Çünki ümid və inam, hər çətinliyin öhdəsindən gəlmək üçün ən güclü silahdır.

MUASİRMEDİA.AZ
ZAUR QULİYEV