Bərdədə yük avtomobili aşıb.
Hadisə rayonun Mirzalıbəyli kəndi ərazisində qeydə alınıb.
Yük maşını hərəkətdə olarkən qarşısına minik avtomobili çıxıb. Yük avtomobilinin sürücüsü minik avtomobilini vurmamaq üçün maşını yol kənarına çəkməyə çalışıb. Nəticədə hərəkətdə olan yük avtomobili idarəetmədən çıxaraq, yol kənarına aşıb.
Hadisə zamanı xəsarət alan olmasa da, avtomobilə ziyan dəyib.
Faktla bağlı araşdırma başlanıb.
MUASİRMEDİA.AZ