ABŞ-ın müdaxiləsindən sonra hakimiyyət Pezeşkiana ötürülə bilər”

Dünya
ABŞ-ın İran hadisələrinə müdaxiləsi ilə bağlı vəziyyət hələ də qeyri-müəyyən olaraq qalır. Dünya gözləmə mövqeyində donub qalıb.
Bir tərəfdən, Vaşinqtonda İrana mümkün hərbi zərbə ilə bağlı müzakirələr getdikcə daha ucadan səslənir. Eyni zamanda ABŞ prezidentinin bəzi müşavirləri, o cümlədən vitse-prezident Cey Di Vens, Trampı problemin həllində diplomatik yolu sınamağa çağırırlar. Ekspert dairələrində isə İranda hərbi əməliyyatın gözlənilənin əksinə nəticə verə biləcəyi fikri də mövcuddur.
Yanvarın 13-də Tramp özünün Truth Social şəbəkəsində iranlıları etirazları davam etdirməyə çağırdı və “yardım artıq yoldadır” deyə yazdı. Bu yardımın nədən ibarət olduğu və İrandakı etirazçılara hansı formada çatdırılacağı isə açıqlanmır.
ABŞ rəhbərliyi dəfələrlə vurğulayıb ki, heç bir quru hərbi əməliyyatından söhbət gedə bilməz.
Hamının yadındadır ki, İsraillə 12 günlük müharibə zamanı ABŞ İrandakı nüvə obyektlərinə zərbələr endirmişdi. İndi isə vəziyyət fərqlidir və söhbət ölkədaxili etirazlardan gedir.
Əgər amerikalılar rejimin simvollarına, qərarların qəbul edildiyi mərkəzlərə zərbələr endirsələr. Variantlardan biri də o ola bilər ki, Xameneyini və İİKK-nin (SEPAH) yuxarı rəhbərliyini aradan götürməyə cəhd etsinlər ki, “rejim daxilində rejim” dəyişsin. Məsələn, keçid dövrü üçün hakimiyyəti Pezeşkianın rəhbərlik etdiyi mülki administrasiyaya ötürməyə çalışa bilərlər — ta ki, Pəhləvi qayıdana, etirazçılarla razılıq əldə edilənə, referendum keçirilənə və konstitusiya dəyişdirilənə qədər.
İran­dakı etirazların başlanğıcından demək olar ki, amerikalıların hər an müdaxilə edəcəyi barədə danışılır. Üsyançıların səsləndirdiyi rəqəmlərin şişirdilmiş olduğunu nəzərə alsaq belə, ölənlərin sayı dəhşətlidir. Trampın təhdidlərinin sadəcə söz olaraq qalması isə faciə ilə bitəcək.

Əgər ABŞ-ın müdaxiləsi baş verməsə, bu, xəyanət hekayəsi olacaq. Çünki Tramp müsahibələri və sosial şəbəkələrdəki paylaşımları ilə faktiki olaraq iranlıları barrikadalara çağırıb. Onun “yardım yoldadır” məzmunlu son paylaşımı mahiyyət etibarilə birbaşa hərəkət çağırışı idi. Əgər o, doğrudan da etirazçıların köməyinə gəlməsə, üsyan qan içində boğulacaq. Orada dəhşətli sayda qurban olacaq, ardınca vəhşi repressiyalar dalğası gələcək, sonra isə rejim qapanacaq və Şimali Koreya tipli bir modelə çevriləcək. Buna görə də hazırda çox şey Trampdan asılıdır.

MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir