Avropa Parlamenti Rza Pəhləvinin çıxışına qarşı çıxdı-FOTO

Dünya
Avropa Parlamenti qəbul etdiyi qətnamə ilə İranda etirazçıların repressiya olunmasını pisləyib və İran hakimiyyətinə qarşı müxalif qüvvələrə dəstəyini ifadə edib.

Qətnamədə Avropa Şurasına İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Avropa İttifaqının terror təşkilatları siyahısına salınması və İran hakimiyyətinin əsas rəsmilərinə qarşı sanksiyaların genişləndirilməsi çağırışı edilib.

Avropa Parlamentinin finlandiyalı üzvü Sebastyan Tinkkinen bildirib ki, bu qurum İranda yaşayan etirazçıların yanında dayanır və İran hökumətinə qarşı siyasi və hüquqi təzyiqlərin artırılmasını zəruri hesab edir.
Bununla yanaşı, Avropa Parlamenti ayrıca keçirilən səsvermədə Rza Pəhləvinin bu qurumun plenar iclasında çıxış etməsinə qarşı qərar qəbul edib. Tinkkinenin sözlərinə görə, ona bildirilib ki, belə bir dəvət monarxiyanın dəstəklənməsi kimi qiymətləndirilə bilər.
Səsvermənin nəticələrinə əsasən, 382 deputat Rza Pəhləvinin dəvətinə qarşı çıxıb, 132 deputat lehinə səs verib, 96 deputat isə bitərəf qalıb.
Bu qərar Avropa Parlamentinin İran hakimiyyətini açıq şəkildə qınamaqla yanaşı, keçmiş siyasi sistemlərin yenidən istehsalına əsaslanan layihələrə dəstək verməkdən çəkinməsini göstərir.

şunu diyen bir yazı 'u Avropa Parlamenti Rza Pahlavinin çıxışına qarşı çıxdı @GunAzTV Gunaz Television @GunazTv @gunaztv2004 gunaztv247' görseli olabilir
MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir