Fevralın 11-də Mədəniyyət Nazirliyinin 2025-ci ildəki fəaliyyətinə dair genişləndirilmiş kollegiya iclası günün ikinci yarısında hesabat sessiyaları ilə işini davam etdirib.
Muzey və sərgi müəssisələrinin 2025-ci ilə dair hesabat sessiyası nazirliyin aparıcı məsləhətçisi Mirkamran Mahmudovun moderatorluğu ilə gerçəkləşib.
Sessiyada Milli Azərbaycan Tarixi Muzeyi, Azərbaycan Milli Xalça Muzeyi, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, Azərbaycan Milli İncəsənət Muzeyi, Qobustan Milli Tarix-Bədii Qoruğu və Azərbaycan Dövlət Rəsm Qalereyasının fəaliyyəti ilə bağlı hesabat məruzələri təqdim olunub.





MUASİRMEDİ.AZ
