Peyğənbərdən sonra bəşəriyyətdə Həzrət Əli qədər ədalətli olan insan eşitməmişəm-ZAUR NƏBİ OĞLU

DIN
Azərbaycan xalqının öndə gedənləri – lokomotivi şiələrdir.
Məsələn, Azərbaycanda ziyalılar, cavanlar üçün selebriti, kumir, ideal sayılabiləcək şəxslərin əksəriyyəti şiələrdir. Ölkəmizdə şiə qədər güclü bazası olan ikinci bir toplum yoxdur. Şiələr ölkənin hər sahəsində var: mədəniyyət, televiziya, idman, siyasət və s. Hətta bütün siyasi partiyalarda da (iqtidar və müxalifət), təşkilatlarda üzvülərin əksəriyyətini müsəlman şiələr təşkil edir. Yəni ölkədə yeganə ictimai bazası olan toplum, firqə şiələrdir. İdeoloji baxımdan da ölkədə şiələrə bərabəri yoxdur. Demək olar ki, şiələr xalqın özünü təşkil edir. Ancaq qeyrilərin isə belə ictimai bazası yoxdur. Onlar sadəcə sektalardır.
Gəlin indi öndə gedən Azərbaycan şiələrinin kimliklərinə nəzər yetirək. Mən hələ əksəriyyətini yazmamışam, çox məhdud şəkildə yazmışam.
1. Azərbaycanın müasir ədəbiyyat qəzəlxanlarının demək olar ki, hamısı şiədir. Onların hamısı Əhli-Beytə şeirlərində yer verirlər. Baba Pünhan, Arif Buzovnalı, Hacı Mail, Ələmdar Mahir, Axund Azər Sani, Tofiq Həsənli və s.
2. Azərbaycanda əksər yumor ustaları dindar şiədir; Rafael, Coşqun, Fərda, Fəqan, İslam, İlham Əziz, Həsrət Həsrətov və s.
3. Azərbaycanın bütün tanınmış meyxanaçıları şiədir. Vüqar Biləcəri, Aydın Xırdalanlı, Rəşad Dağlı, Namiq Qaraçuxurlu, Ağamirzə, Cahangeşt və s.
4. Azərbaycanda Milli Qəhrəman deyəndə ilk ağıla gələn şəhid qəhrəman Seyid Mübariz İbrahimovdur ki, şiə idi və digər qəhrəmanlarımızın da əksəriyyəti şiələr idi. İkinci Qarabağ Müharibəsində də qəhrəmanlıq göstərən hərbçilərin, şəhidlərin və yaxud qazilərin əksəriyyəti şiələr idi.
5. Azərbaycanda ən sevilən lotu Rövşən də inanclı şiə idi. Ümumiyyətlə azərbaycanlı lotuların da əksəriyyəti şiə olub.
6. Azərbaycanda xeyli sayda tanınmış müğənni şiədir və nə qədəri ibadət əhlidir: İzzət Bağırov, Xuraman Şuşalı, Fərqanə Qasımova, Baloğlan Əşrəfov, Niyam Salami, Faytonçu Nazim və s.
7. Azərbaycanın ən tanınmış film rejissoru Kənan MM şiədir, Əhli-Beytə (ə) dediyi şeirləri var internetdə çox sayda. Azərbaycanın əksər tarixi şəxslərinin rolunu oynamış ən güclü və ən tanınmış aktyoru Rasim Balayev şiədir. Azərbaycanda ən tanınmış aparıcılar Kamran Ağabalayev, Orxan Fikrətoğlu, Vahid Mustafayev və s. şiədir. Televiziya kanallarında ən reytinqli verlişlər aparan Zaurlar da şiələrdir. Ən güclü muğam ustası olan Alim Qasımov şiədir. Ən güclü, tanınmış qaval ansamblı Natiq Ritm qrupu şiələrdir. Azərbaycanda ən güclü kino tənqidçisi, aparıcı və aktrisa Həmidə Ömərova şiədir.
8. Dünyada ən çox oxunan iki azərbaycanlı yazıçı – Çingiz Abdullayev və Rövşən Abdullaoğludur ki, hər ikisi dindar şiədir. Həmçinin Rövşən Abdullaoğlunun neçə il kitabı besteler olub.
9. Azərbaycan Milli komandasının kapitanı və bombardiri Emin Mahmudov şiədir və hər qoldan sonra Qədir-Xum işarəsi göstərir. Çoxlu futbolçu dindar şiələr var. Azərbaycanın və hazırda dünyada ən güclü karateçi olan Rafael Ağayev şiədir. Rafael Ağayev 5 dəfə dünya çempionu, 11 dəfə Avropa çempionu olub. Həmişə Əhli-Beyt (ə) yolunu təbliğ edir. Azərbaycanın ən güclü kikboksçusu Zabit Səmədov da şiədir. Azərbaycanın ən güclü UFC – MMA döyüşçüsü Rafael Fiziyev şiədir. Daim İmam Əlinin adı ilə döyüşür.
10. Azərbaycanda bir çox tanınmış jurnalistlər,Media rəhbərləri şiədir.
Bütün bunlar xalqın ən tanınmışlarıdır ki, müsəlman şiələrdir.
İndi bəziləri Azərbaycan xalqını elə təqdim edirlər ki, güya xalq “alkaş”, camaatın hamısı yeyib-içən, allahsız və imansızdı. Ancaq belə deyil. Başa düşmürlər ki, bu göstəricilərlə və yaxud zahiri əməllərlə imanı təyin etmək olmaz. Əslində xalqın Allaha da, Peyğəmbərə (s) də, İmamlara (ə) da imanı var. Zahir göstərici bir həddə sayılır, tamamilə yox.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir