Bu gün qonağımız Qarabağ torpaqlarımızın azadlığı uğrunda şəhid olan igidlərimizdən — Naxçıvan şəhidi İbrahim Vəlizadənin dəyərli atası Səməd Vəlizadə və şəhidimiz Əkbər Pənahovun hörmətli atası Bəylər Pənahov oldular.
Şəhidlərimiz hər zaman baş tacımızdır. Onların ailələri bizim üçün müqəddəs əmanətdir. Bir ata ürəyinin daşıdığı ağrını sözlə ifadə etmək mümkün deyil… O ağrını bir daha dərindən hiss etdim, bir daha yaşadım.
Qarabağ torpaqlarımızın azadlığı uğrunda aparılan mübarizədə xalqımızın birliyi və Ali Baş Komandanımız, Azərbaycan Respublikasının Prezidenti **İlham Əliyevin qətiyyətli rəhbərliyi sayəsində bu şanlı Zəfər tarixə yazıldı. Bu böyük Qələbəyə görə Ali Baş Komandanımıza və rəşadətli Ordumuza minnətdarlığımızı bildiririk.
Allah bütün şəhidlərimizə rəhmət eləsin. Ruhları şad, məqamları uca olsun. Vətən uğrunda canından keçən igidlərimizin xatirəsi daim qəlbimizdə yaşayacaq.



MUASİRMEDİA.AZ
