ABŞ-da geniş müzakirə olunan məsələ-FOTO

Dünya
İran İnqilab Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin keçmiş komandanı Qasım Süleymaninin bacısı qızının Los-Ancelesdə saxlanılması ilə bağlı hadisə ABŞ mətbuatında hələ də geniş müzakirə olunur.
“Kaliforniya Post” qəzeti də üz səhifəsini bu mövzuya həsr edib. Həmçinin “New York Post” qəzeti 47 yaşlı Həmidə Süleymani və onun 25 yaşlı qızı Sarina Sadat Hüseyni ilə bağlı yeni detalları açıqlayıb.
Məlumata görə, Həmidə Süleymani 2015-ci ildə turist vizası ilə ABŞ-a gedib, 2019-cu ildə sığınacaq üçün müraciət edib və 2021-ci ildə daimi yaşayış icazəsi (green card) alıb. O, bu icazəni aldığı dövrdə Los-Ancelesin mərkəzində 505 min dollar dəyərində əmlak alıb. Həmçinin onun qara rəngli Tesla markalı avtomobili də olub.
Qızı isə 2021-ci ildə təhsil vizası ilə ABŞ-a gedib və 2023-cü ildə yaşayış icazəsi alıb. “New York Post”un məlumatına görə, sözügedən şəxs ABŞ-dakı açıqlamalarında SEPAH-ı dəstəkləyib, ABŞ-ı “böyük şeytan” adlandırıb və ölkənin yeni rəhbərinə dəstəyini ifadə edib.”

bir veya daha fazla kişi ve yazı görseli olabilir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir