Bu gün görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anım günüdür.

Cəmiyyət
Novator alimin zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifəsidir.
O, həm də yüksək insani keyfiyyətləri ilə seçilən nəcib bir şəxsiyyət idi. Ulu Öndər Heydər Əliyev Zərifə xanım haqqında xatirələrində deyirdi: “Böyük Yaradan ona elə böyük ürək bəxş edib, qəlbinə elə parlaq bir nur çiləmişdi ki, onunla rastlaşan, ünsiyyətdə olan hər bir kəs ilk növbədə özündə ümid, təsəlli, inam, sakitlik tapar, könülləri xeyirxahlıq şəfəqinin şölələri ilə işıqlanardı.”
Anım günündə Zərifə xanımın əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirik.

MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir