Klinik Tibbi Mərkəzin (KTM) direktoru Könül Ələkbərov vəzifəsindən azad edilib

Səhiyyə
Klinik Tibbi Mərkəzin (KTM) direktoru Könül Ələkbərov vəzifəsindən azad edilib.
Bu barədə məlumatı o özü təsdiqləyib.
K.Ələkbərov bildirib ki, bu gün TƏBİB-ə dəvət olunaraq ərizəsi alınıb: “Əməkdar həkiməm. Azərbaycan Tibb Universitetində tədris olunan “Təcili tibb” kitabının müəllifiyəm. Ola bilər ki, universitetdə müəllim işləyim. Yaxud hansısa özəl xəstəxanada həkim kimi fəaliyyət göstərim”.
Qeyd edək ki, K.Ələkbərov ixtisasca anestezioloq-reanimatoloqdur. O, 2017-ci ildə icbari tibbi sığorta ilə bağlı Mingəçevirdə həyata keçirilən pilot layihənin, daha sonra isə işçi qrupunun rəhbəri olub.
-2021-ci ildən etibarən isə Klinik Tibbi Mərkəzin direktoru vəzifəsində çalışırdı.

MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir