Şuşa Zəfərindən 6 il ötür: Tarix yazan qəhrəmanların izi ilə!

Siyasət

Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın azad edilməsindən altı il ötür.

2020-ci il noyabrın 8-də Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Şuşanın azad edildiyini elan etdi. Bu xəbər bütün ölkədə böyük sevinc və qürur hissi ilə qarşılandı.

Şuşa əməliyyatı mürəkkəb relyef şəraitində, çətin dağlıq ərazidə həyata keçirildi. Azərbaycan əsgərləri xüsusi qəhrəmanlıq göstərərək şəhəri azad etdilər.

Şuşanın azad edilməsi Vətən müharibəsinin taleyinə ciddi təsir göstərdi. Bu hadisədən sonra Ermənistan kapitulyasiya bəyanatını imzalamağa razılaşdı.

Altı il ərzində Şuşada genişmiqyaslı bərpa və quruculuq işləri aparılıb. Tarixi abidələr bərpa edilir, yollar yenilənir, şəhərin turizm və mədəniyyət potensialı inkişaf etdirilir.

Şuşa bu gün yalnız azad edilmiş şəhər deyil, həm də Azərbaycan xalqının qəhrəmanlıq və qayıdış rəmzidir.

MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir