Biləsuvar rayonu ərazisində yerləşən Cəbrayıl rayon məcburi köçkünləri üçün inşa edilmiş 2 saylı qəsəbədə ölümlə nəticələnən zəhərlənmə hadisəsi baş verib.
Qəsəbə sakinləri Allahverdiyev Yusif Xalıqverd oğlu və onun həyat yoldaşı Səbnəm Allahverdiyeva eləcə də Ağayev Coşqun , Ağazadə Zahir ilkin versiyaya görə dəm qazından zəhərləniblər. Zəhərlənmə nəticədə Səbhəm Allahverdiyeva dünyasını dəyişib, digər 3 şəxsin isə təcili yardım xidmətinin vasitəsi ilə xəstəxanaya çatdırılıldıqdan sonra həyatları xilas edilib. Qonşular qaz dəmi ilə bağlı digər vasitələrdən zəhərlənmənin mümkün ola biləcəyini bildirirlər. Gün boyu hər dörd şəxslə əlaqə yarada bilməyən qonşu və qohumlar hadisə baş verən ünvana daxil olduqda onları huşsuz vəziyyətdə aşkar ediblər. Təcili yardım xidməti vasitəsi ilə huşsuz vəziyyətdə olan şəxslər Cəbrayıl rayon Xəstəxanasına çatdırılıb. Xəstəxananın baş həkimi Arif Hüseynovun bildirdiyinə görə Səbnəm Allahverdiyeva artıq aşkar edilənə qədər zəhərlənmədən dünyasını dəyişmişdi. Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarının müvafiq araşdırmalar aparılır.

MuasirMedia.az
Yaqub Mehdioğlu Biləsuvar