Fiziki qüsurunu bəlkədə heç vaxt düzəldə bilməyəcəksən, amma mənəvi qüsurlarını düzəltməyə Allah sənə hər saniyə icazə verir.
Fiziki məhdudiyyətin, mənəvi yüksəlişinin qarşısını ala bilmir.
Elə bəlkə buna görədə Allah sınıq qəlblərin Allahıdır.
Biz mənəviyyatımızdakı naqislik və qüsuları hiss edə bilsək düzəltməyə can atarıq və bunu Allahdan istəyərik.
İlahi bağışla bu bəndəni ki, özünə zülm edərək dəvası və şəfası Sən’də olduğu halda öz sınıq və qaralmış qəlbi ilə başqa qapılara üz tutur.
İlahi bu mübarək ayda halımızı yaxşıya doğru dəyiş!
İmam Əli (ə) bugün şəhadətə çatdığı gündür.
Əli barəsində söz yazmağa yox imkanımız
Meşələr olsa qələm olsa mürəkkəb qanımız
Şərhə gəlməz onun haqqinda gələn bir ayə
Kəbədə gəldi həmin şiri xuda dünyayə
Bir ömür bircə dəfə qoşmadı Allaha şərik
Ruzi məhşərdə gələr surəti nur, qaməti dik
Onu tərif eləməkçün nə qədər ayə deyim?
Bilmirəm şahdı deyim ya yetimə dayə deyim
Elə bir kəs idi aslan hünəri cəngə girər
Vəli təqvayi xudadan gecə min rəngə girər
Rükuda öz üzüyün ehsan edən şahdı Əli
Çoxu səhv eyləyərək söylədi Allahdi Əli
De ki, Allah Əlidə sanki təcəlla eləyib
Nə edib Allah özü xəlqidə əla eləyib
Yerlərin əfzəli bu dəhridə tək məsciddir
Ayların şahı ramazan ayına aiddir
Bu ayın günlərinin bir gecəsi oldu Qədir
Yəni min ay gecənin gündüzünə oldu sədir
Əməllər içrə namazdır daha üstün olanı
Nəzər etsək namazın səcdədir ən üstün anı
Əzalar içində başdır bədənə üstün əza
Gör kimin şəninə sən Qədridə saxlarsan əza
Ölümün şəhadətdi bu dünyada ən gözəli
Necə bir mərhələdə şəhadətə çatdı Əli
Ayin ən üstünü həm də gecənin ən gözəli
Məkanin ən gözəli, səcdədə ikən deməli.
Ən uca nahiyədən həzrət Əli zərbə yedi
Çəkmədi fəryadı lakin elə bir kəlmə dedi
Elə bil gözləyir imiş əzəldən ol saatı
Dedi-“And olsun o Allaha ki tapdım nicatı”
Fani dünyada budur kəlmələrin ən gözəli
Demək insanların da ən gözəli həzrət Əli.
————————————–
Kim Əli bənzəri layiqdi əsil xan yerinə ?
Təfsirin söylə görüm, ayeyi quran yerinə !
Mənə bəsdir Əlinin vəslinə çatmaq həvəsi
Cənnətin zövqi ilə huriyi-qılman yerinə
Mən mələklər ilə bir sayə gələ bilməzdim
Əli eşqiylə məni qoydular insan yerinə
Tanrı versəydi mənə min kərə can, hər səfəri
Əliyə qurban edərdim onu bir can yerinə
Tanrıya şükr eləyib, səcdədə qalsam əbədi
Onu tə’viz edəməm cənnəti rizvan yerinə
Məni aşiq sayaraq həbs eləmək istəsələr
Seçərəm hicrəti bu dəhridə zindan yerinə
Əlinin zərrə qədər fürsəti olsaydı yəqin
Yenə o, sülhü seçərdi tökülən qan yerinə
Qanının axdığı torpağı yığıb saxlamışam
Çəkirəm nuru gedən gözlərə dərman yerinə
—————————————–
İlahi fitrətimlə Səni tanıyıram, amma özümü tanımamış kimi aparıram. İlahi Səni görürəm, ama tapa bilmirəm.
Bəlkədə səbəbi çox sadədir.
Bilirəm, amma əməl etmirəm.
Bu günlər Qədr gecelerdir. Gözümü dikmişəm bu günlərə ki, bəlkə özümü Sənə bağışlatdıra bilim.
Heçnəyim yoxdur, sadəcə günahlarımla gəlirəm qapına.
Şeytanda bir kənardan vəsvəsə edir indiyə qədər qazandığım əməllərlə. Halbuki, mən o yaxşı əməllərimi pis əməllərimlə məhv edib əliboş qalmışam Sənin qapında.
İlahi Qədr gecələrinin hörmətinə məni bağışla. Bağışla ki, lazımlı bir yaradılış kimi gəlib, lazımsız bir insan kimi getmiyim 




Tüm ifadeler:
231
MUASİRMEDİA.AZ
GÜLƏR AMİN