Fəxri Xiyabandakı məşhur cütlük

Tarix
 Fəxri Xiyabandakı məşhur cütlük – Üzeyir bəylə Məleykə xanım niyə övlad sahibi ola bilmədi.
Bəzi mənbələrə görə, Üzeyir bəy Məleykə xanımla hələ Qori müəllimlər Seminariyasında oxuduğu illərdə tanış olub.
Evləndikdən sonra Məleykə xanımın sağlamlığında yaşanan müəyyən problemlərə – qadın xəstəliyinə görə onların uşaqları olmayıb. Bu xəstəliyə görə o, hətta uzun müddət pedaqoji fəaliyyətinə ara verməli olub, müəllim işləməyi dayandırıb. Səhhətində yaranmış ciddi problem səbəbindən Məleykə Terequlova uzun müddət müalicə almağa məcbur olub. Bu barədə Məleykə xanımla bağlı arxiv materiallarında xeyli qeydlər var. Məleykə xanım həyat yoldaşı Üzeyir bəyə başqa qadınla evlənib övlad sahibi olmağı təklif etsə də, təklif bəstəkar tərəfindən qəbul edilməyib. Məleykə Terequlova-Hacıbəyova 1966-cı ildə Bakı şəhərində vəfat edib və onu vəsiyyətinə uyğun olaraq Üzeyir bəyin dəfn olunduğu Fəxri Xiyabanda torpağa tapşırıblar.
2 kişi görseli olabilir
MUASİRMEDİA.AZ
Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir