Heydər Əliyev Asif Məhərrəmovu işğalından cəmi 6 günə qəbul edir

HƏRBİ
Heydər Əliyev 1993-cü il iyulun 17-də Ağdamın işğalından cəmi 6 gün öncə Asif Məhərrəmovu təkcə qəbul edərək, 3 saata yaxın onunla söhbət edir
Dövlət başçısı ona Almaniyada yüksək səviyyədə müalicə təklif edir. Lakin Fred Asif Heydər Əliyevə deyir:
“Məndən narahat olmayın, özüm-özümü müalicə edərəm, siz torpaqların müdafiəsi və azad edilməsinə çalışın, bu, bizə hər şeydən vacibdir…”
1991-ci ilin axırlarında Asif 40 stvolluq iki “Qrad” qurğusu ələ keçirmişdi.O vaxt heç bir könüllü dəstədə Qrad yox idi.Ruslar gecə-gündüz Asifin gizlətdiyi Qradları axtarırdı.Yaxın silahdaşları yaxşı bilirdilər ki,Asif-Axşam “Qaranquş”ları gətirin deyəndə nəyi nəzərdə tuturdu.
Asif göstərişi ilə gecə “Qaranquş”lar pusquya gətirildi.Fred əllərini qaldırdı göyə sarı:
-Ya Seyidlazım ağanın cəddi,mənim atdığım mərmilər nə uşağa,nə qadına dəyməsin!…Atəş!!
Ölümündən öncə xəstəxanada deyirdi” Ağdama bir belə top, raket düşür, deyirlər ki, camaat qoydu qaçdı. O raketdən başqa yerlərə düşsə, görüm onlar qaçmayacaqlar? Bu cür söhbətlər hanısı məqsədlidir”
O, həmişə döyüş yoldaşlarına deyərdi: “Ay uşaqlar, bilin, bu torpaqdan başqa bizə yer yoxdur. Qeyrət də, namus da, xətir-hörmət də, ağsaqqal da, qarasaqqal da bu torpaqdadı. Bu torpaqdan o yana çıxdınız, hamısını itirəcəyik”
1 kişi görseli olabilir
MM.AZ
Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir