Vətən sənə əziz idi.
Candan əziz şəhid İlham.
Bu vətəni qorumağcün,
ürəyində oldu inam.
Girdin vətən savaşına,
Məlhəm cəkdin yarasına
Bəs ananın göz yaşına,
Dönüb baxa bildin İlham.
Sən vətəni ana bildin,
Ana varam deyib güldün.
Bu savaşda cismən öldün,
ölməmisən şəhid İlham.
Təmiz ruhunuz göydədi,
Bilin şəhidlər ölmədi,
Göydə uldizlar sönmədi,
Hər şəhid bir ulduz İlham.
On səkkiz yaşın sonunda,
Secdin şəhidlik yolunu.
İndi şəhidlik donunda.
Uca tanrı dərgahında,
Yaşa, yaşa, yaşa İlham,
Şəhid ilham, şəhid İlham.
Şərqiyyə Süleymanlı.Azərbaycan yazıcılar birliyinin üzvü.
MUASİRMEDİA.AZ
